ABŞ-yə üçgünlük səfər edəcək - Tramp dəvət edib

ABŞ-yə üçgünlük səfər edəcək - Tramp dəvət edib
Dünya 21 Sentyabr 2026 11:50
Çin Sədri Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-yə dövlət səfəri edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq. 

Xatırladaq ki, daha əvvəl, bu səfərdən öncə ABŞ və Çin nümayəndə heyətlərinin Nyu-Yorkda iqtisadi və ticarət məsələlərini müzakirə edəcəkləri barədə xəbər yayılıb. Məlumata görə, Çin nümayəndə heyəti sentyabrın 19-dan 23-dək ABŞ-də səfərdə olacaq.