SEPAH Hörmüz boğazında MQ-1 tipli PUA-nı vurduğunu açıqlayıb
Sitat.info xəbər verir ki, SEPAH-ın yaydığı yazılı açıqlamada PUA-nın İranın hava hücumundan müdafiə sistemi tərəfindən Hörmüz boğazı üzərində aşkarlanaraq vurulduğu bildirilib.
ABŞ ordusu isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, MQ-1 tipli PUA ABŞ tərəfindən 1990-cı illərdə ilkin olaraq müşahidə və uzaq məsafəli kəşfiyyat məqsədilə hazırlanıb. Daha sonra bu tip aparatlara əlavə kameralar və raketlər quraşdırılaraq onların imkanları genişləndirilib.