Livanın cənubunda gərginlik: İsrail bir neçə əraziyə zərbələr endirdi
İsrail ordusu gecə saatlarında Livanın cənubuna silsilə hava zərbələri endirib. Bu hücumlar “atəşkəs”in və işğalın davam etdiyi bir vaxtda baş verib.
Sitat.info "ƏL-Cəzirə"yə istinadən xəbər verir ki, Nabatiyə quberniyasının Nabatiyə əl-Fəvqa, Zutar əş-Şərqiyyə və Xələt Meyfadun şəhərlərinin də atəşə tutulduğu bildirilib.
Bint Cübeyl rayonunda isə Beyt Lif və Hədasa yaşayış məntəqələri, eləcə də Bəraşitin kənarları hücuma məruz qalıb.
Aytac,
Sitat.info