Kadırov 100 faiz səslə yenidən seçildi
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsinə beşinci dəfə seçilib.
Sitat.info xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Kadırov səslərin 99,85 faizini toplayıb.
Kadırovun 2021-ci ildəki seçkidə nəticəsi 99,73 faiz olub.
O, Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi kimi tanınır.
Kadırov uzun illərdir Çeçenistanı idarə edir və Putinə şəxsi sədaqətini dəfələrlə vurğulayıb.
Beynəlxalq müşahidəçilər əvvəlki illərdə Çeçenistanda keçirilən seçkilərin gedişini kəskin tənqid ediblər.
Kadırov isə bu tənqidləri Qərbin onun hakimiyyətini zəiflətmək cəhdləri kimi qiymətləndirir.