Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş yoxdur - Kreml
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə bağlı sülh prosesində hələlik irəliləyiş olmadığını bildirib.
Sitat.info xəbər verir ki, Peskov Rusiyanın üçtərəfli danışıqları bərpa etməyə açıq olduğunu deyib.
Onun sözlərinə görə, Rusiya danışıqların yenidən başlamasına ümid edir.
Peskov iddia edib ki, Rusiyada seçkilər zamanı Ukraynanın kütləvi hücumları səsverməni pozmağa yönəlib. Lakin bu hücumlar seçki prosesinə təsir göstərməyib.
Kremlin sözçüsü Rusiyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün hərbi əməliyyatı davam etdirdiyini də söyləyib.
Aytac,
Sitat.info