Rusiya Dneprə zərbələr endirdi: ölənlər var
Rusiya ordusunun ötən gecə Dneprə hücumlarında 4 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
Sitat.info “Ukrainskaya Pravda“ya istinadla xəbər verir ki, Krivoy Roq, Dnepr və Pavloqrad bölgələrinə hücumlar nəticəsində anbarlar və bəzi müəssisələrə ziyan dəyib.
Dağıntılar altında qalanların olması ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam etdirilir.