Sentyabr ayının pensiya ödənişləri yekunlaşdı

Sentyabr ayının pensiya ödənişləri yekunlaşdı
SOSİAL 22 Sentyabr 2026 10:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Sitat.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.