Əmirin qardaşı öldü, 10 günlük matəm elan edildi
Dubay Əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun kiçik qardaşı Şeyx Əhməd bin Rəşid əl-Məktum 76 yaşında vəfat edib.
Sitat.info “Euronews”a istinadən xəbər verir ki, Şeyx Əhməd bin Rəşid əl-Məktumun vəfatı ilə bağlı 10 günlük matəm elan edilib.
Bugündən etibarən əmirlik boyu bayraqlar yarıya endiriləcək.