Qalibaf: İran istənilən yerə məhdudiyyətsiz raket zərbəsi endirə bilər
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, İranın raketləri ölkənin qərar verdiyi istənilən yeri heç bir məhdudiyyət olmadan hədəfə ala bilər.
Sitat.info xəvər verir ki, İran dövlət mediasının yaydığı açıqlamaya görə, Qalibaf İranın ABŞ-la danışıqlarda əsas müzakirəçisi olduğunu da qeyd edib.
O bildirib ki, hazırkı iqtisadi, hərbi, diplomatik və digər istiqamətləri əhatə edən “hibrid münaqişə” şəraitində İran heç vaxt geri addım atmayacaq və ölkəni dayandırmayacaq.
Qalibaf əlavə edib ki, İran indiyədək olduğu kimi bundan sonra da “güclə cavab verəcək” və onun sözlərinə görə, düşməni bütün sahələrdə çıxılmaz vəziyyətə salacaq.
Aytac,
Sitat.info