Sərxoşluq faciəyə yol açdı

Sərxoşluq faciəyə yol açdı
HADİSƏ 22 Sentyabr 2026 13:45
Kürdəmir sakini kimyəvi məhluldan zəhərlənib.

Sitat.info -nun məlumatına görə, hadisə rayonun Atakişili kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Çingiz oğlu Mahmudov evində səhvən essensial turşusu (sirkə) içib.

O, təcili olaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti ağır olduğundan təcili tibbi yardım briqadası vasitəsilə Bakıya - Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, E.Mahmudov sərxoş vəziyyətdə olub və səhvən essensial turşusunu içib.

Faktla bağlı araşdırma aparılır.