Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü - Foto
“Qarabağ”ın futbolçusu Şahruddin milli komandalar üçün yaranmış fasilədən istifadə edərək Səudiyyə Ərəbistanına yollanıb.
Sitat.info xəbər verir ki, yığmaya dəvət almayan qolkiper bu ölkədə sabiq komanda yoldaşı Abdullah Zubirlə görüşüb.
Səudiyyə Ərəbistanının “Əl-Uroba” klubunda çıxış edən Zubir fotonu instaqram hesabında paylaşıb.
Qeyd edək ki, Abdullah Zubir bu yay “Qarabağ” “Əl-Uroba”ya keçib.