Qızıl və gümüşün qiyməti artıb

Qızıl və gümüşün qiyməti artıb
İQTİSADİYYAT 23 Sentyabr 2026 09:19
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Sitat.info birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,14% artaraq 4382,4 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,95% artaraq 67,16 dollar təşkil edib.