İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır

İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
SİYASƏT 22 Sentyabr 2026 20:40

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.

Sitat.info xəbər verir ki, bu barədə Milli.Az-a "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

ABŞ-nin İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul etməli olmuşdur.