Ərdoğanın silah hədiyyəsinə qılıncla cavab verdi
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş zamanı Navrotski türkiyəli həmkarına qılınc hədiyyə edib.
Polşa prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç bunun Ərdoğanın iyul ayında Navrotskiyə hədiyyə etdiyi, üzərində onun adı həkk olunmuş revolverə cavab hədiyyəsi olduğunu bildirib.
“Ankarada revolver, Nyu-Yorkda isə polyak qılıncı. NATO sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa Prezidenti Karol Navrotskiyə üzərində onun adı həkk olunmuş revolver hədiyyə etmişdi. Bu gün, BMT Baş Assambleyasının 81-ci sessiyası münasibətilə Polşa Prezidenti cavab olaraq Türkiyə liderinə polyak qılıncı təqdim etdi. İki simvolik hədiyyə. Bu gün təhlükəsizlik sahəsində mühüm maraqların birləşdirdiyi dövlətlərin hərb ənənəsinin iki simvolu!”, - o, sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş “Gümüşay” markalı revolver və döyüş patronları hədiyyə etmişdi.