Azərbaycanlı idmançı saxlanıldı

Azərbaycanlı idmançı saxlanıldı
HADİSƏ 23 Sentyabr 2026 10:52
Naxçıvanın tanınmış atletlərindən olan Əmrah Nağıyev valideynlərin şikayəti əsasında dələduzluq şübhəsi ilə saxlanılıb.

Sitat.info Anz.az-a istinadən xəbər verir ki, o, bəzi şəxslərdən övladlarını qabiliyyət imtahanı yolu ilə universitetə qəbul etdirəcəyini vəd edərək pul alıb. 

Şikayətlər əsasında Əmrah Nağıyev barəsində araşdırmaya başlanılıb.

Əmrah Nağıyev Ordubad Şəhər Uşaq-Gənclər İdman Məktəbində atletika üzrə müəllim işləyir. 

O, orta və uzun məsafələrə qaçış üzrə Azərbaycan çempionu olub, ölkəmizi beynəlxalq yarışlarda təmsil edib. Ə.Nağıyev atletika üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən ilk naxçıvanlı atlet kimi tanınır.

Faktla bağlı araşdırmanın davam etdiyi bildirilir.