Parlamentin ilk plenar iclası sentyabrın 30-da KEÇİRİLƏCƏK

Parlamentin ilk plenar iclası sentyabrın 30-da KEÇİRİLƏCƏK
SİYASƏT 23 Sentyabr 2026 16:23

Milli Məclisin 2026-cı il payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Sitat.info xəbər verir ki, iclas saat 11:00-da başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-dan dekabrın 30-dək davam edir. Sessiya müddətində deputatlar qanun layihələrini plenar iclaslarda müzakirə edəcək, parlament komitələri isə öz fəaliyyət istiqamətləri üzrə məsələlərə baxacaqlar.

Parlamentin komitələri artıq payız sessiyası üzrə ilk iclaslarını keçirib, iş planlarını və qanun layihələrini müzakirə ediblər.