Laçında dağlıq ərazidə yanğın - Video

Laçında dağlıq ərazidə yanğın - Video
HADİSƏ 24 Sentyabr 2026 09:52
Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib.

Sitat.info xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

https://youtu.be/TOm3iqoLZGU?si=U6AnBBTDXJQIkcJ1