Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Jan Noel-Barro ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) X sosial şəbəkə hesabında paylaşım edilib.
Nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib, Azərbaycan-Aİ münasibətlərini müzakirə edib və əsas regional və beynəlxalq məsələlər, o cümlədən regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.