Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Nyu Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
“Putin deyib ki, ona cəmi bir neçə ay da lazımdır. Bu, yəqin ki, son beş il ərzində verdiyi 17-ci və ya 18-ci belə vəddir. Həmişə eyni şeydir: daha bir neçə, bir neçə ay, sonra isə müddəti yenidən uzadır. Putin bu dəfə də məğlubiyyətə uğrayacaq”, – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, bundan sonra Putin bütün dünyaya yalnız Ukraynanın Donbasdakı işğal olunmuş əraziləri ilə kifayətlənmək niyyətində olmadığını bir daha göstərəcək:
“O, daha çox şəhərimizi – Odessa, Xarkov, Dnepr və digər şəhərləri ələ keçirmək istəyir. Kremldə kimsə hətta üzərində “Kiyevə doğru” yazılmış bir şəkil də nümayiş etdirib”.