BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə ÇAĞIRDI

BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə ÇAĞIRDI
Dünya 23 Sentyabr 2026 21:00

BMT-yə üzv olan 51 ölkənin birgə bəyanatında Ukraynanın tam, dərhal və şərtsiz atəşkəsə razı olduğu bildirilib.

Sitat.info xəbər verir ki, bəyanatda qeyd olunub ki, BMT Rusiyanı da eyni addımı atmağa çağırıb.

Sənəddə, həmçinin Rusiyadan Ukraynaya saxlanılan, məcburi köçürülən və ya deportasiya edilən bütün mülki şəxslərin, xüsusilə uşaqların təhlükəsiz və şərtsiz geri qaytarılmasının təmin edilməsi tələb olunub.