Hərbçilərin maaş və pensiyaları artırılır

Hərbçilərin maaş və pensiyaları artırılır
SOSİAL 24 Sentyabr 2026 10:36
Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

O bildirib ki, Azərbaycan Ordusunun maaş və pensiyalarının qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür: “Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq.

Müdafiə Nazirliyinin hərbçilərinin maaşları orta hesabla 25%-ə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır. Müdafiə Nazirliyinin hərbçilərinin pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır.

Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu lap yerinə düşəcək”.