Azərbaycanla sülhün Rusiya ilə münasibətlərə təsirindən danışdı
“Ermənistan Rusiya ilə münasibətləri dərinləşdirmək niyyətindədir
Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “İzvestiya” nəşrinə açıqlamasında bildirib.
Paşinyan ölkəsinin balanslaşdırma siyasəti yürütdüyünü və xarici əlaqələri diversifikasiya etməyə çalışdığını deyib.
“Moskva ilə münasibətlərdə obyektiv dəyişikliklər baş verir. Azərbaycan və Ermənistan arasında sülh bərqərar olana qədər Rusiya ilə münasibətlər təhlükəsizlik məsələləri üzərində cəmləşmişdi, lakin indi onları transformasiya gözləyir”, - hökumət başçısı vurğulayıb.
Paşinyan ölkəsinin Rusiya ilə dostluq münasibətlərini yalnız transformasiya etmək deyil, həm də dərinləşdirmək niyyətində olduğunu diqqətə çatdırıb.