Narkotikin təsiri altında olan sürücü həbs olundu

Narkotikin təsiri altında olan sürücü həbs olundu
KRİMİNAL 24 Sentyabr 2026 11:20
Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən E.Həsrətov saxlanılıb.

Sitat.info xəbər verir ki, tibbi müayinə zamanı sürücünün narkotik vasitə istifadə etdiyi məlum olub. E.Həsrətov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.