51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu

51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
HADİSƏ 24 Sentyabr 2026 12:13
Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar.

Sitat.info xəbər verir ki, şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər - R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51 min manat olan 48 ədəd kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.