"Ermənistan-Türkiyə münasibətlərində proses dayanmayıb, yavaşlayıb" - Simonyan
"Proses dayanmayıb, yavaşlayıb. Ermənistanın Türkiyə ilə sərhədi açıqdır, mən bunu daha çox Ermənistanla Azərbaycan arasında baş verən proseslərin başa çatması və, necə deyərlər, dönməzlik nöqtəsinin keçməsi ilə əlaqələndirirəm".
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 24-də jurnalistlərə açıqlamasında bildirib.
O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və sərhədlərin açılmasında heç bir irəliləyişin olmadığına işarə edərək deyib:
"Mənim qiymətləndirməmə görə, bu, şübhəsiz ki, yaxın gələcək üçün problemdir. Həm sülh baxımından artıq çoxdan keçdiyimiz dönməzlik nöqtəsini, həm də sərhədlərin açılması məsələsini nəzərdə tuturam, çünki bu məsələnin həll olunmayacağına və ya daha da gecikəcəyinə dair heç bir ön şərt yoxdur. Qeyd edək ki, Türkiyə tərəfindən də bu istiqamətdə işlər görülür - infrastrukturun bərpası, əlaqələrin bərpası üçün görüşlər keçiririk, iş adamlarımız ora gedir. Bir sözlə, bu, müsbət istiqamətdə gedən bir prosesdir".