Qazaxda açıq ərazidə yanğın - VİDEO

Qazaxda açıq ərazidə yanğın - VİDEO
HADİSƏ 24 Sentyabr 2026 16:02

Qazax rayonunda açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sitat.info-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Yuxarı Salahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 4 ha ərazidə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.