Bakının bu küçəsində xüsusi hərəkət zolağı təşkil EDİLDİ

Bakının bu küçəsində xüsusi hərəkət zolağı təşkil EDİLDİ
Gündəm 24 Sentyabr 2026 15:29

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Bu barədə Sitat.info-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirib.

Layihə xüsusilə ekspres avtobusların hərəkət intervallarını azaltmağa və sərnişindaşımanın səmərəliliyini artırmağa xidmət edir.