Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla əyalətinin Marmaris bölgəsində yanğınların söndürülməsində iştirak edib.
Sitat.info Apa-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında Türkiyəyə gələn təyyarə bu gün 2 uçuş həyata keçirərək Yeşilbelde və Çöplük rayonlarında yanğın ərazisinə 120 tona yaxın su töküb.
Qeyd edək ki, ekipaj sabah da yanğına müdaxilə prosesini davam etdirəcək.