Altı Kəlbəcər məktəbində direktor müavinləri vəzifələrindən azad edilib.
“Sitat.info”nun Modern.az-a istinadən məlumatına əsasən, buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.
Kəlbəcər Rayon Təhsil Şöbəsindən faktı təsdiq ediblər.
Qeyd edək ki, ötən ilin sonu Kəlbəcər Rayon Təhsil Şöbəsinə yeni rəhbər təyin edilib. Buna səbəb kimi sözügedən bölgədə təhsildə qanunsuz fəaliyyətlə mübarizənin qarşısının alınması göstərilir. Kəlbəcər Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsini Namiq Rəcəbov icra edir.