Bakıda marşrut avtobusu qəzaya uğrayıb.
“Report” xəbər verir ki, hadisə zamanı 90 MJ 279 DQN-lı sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Avtobus “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş.
Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramov bildirib ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.