"Deputat Fəzail Ağamalı gileylənib ki, danışanda da qınayırlar, danışmayanda da.
Xalq ona görə qınayır, lağa qoyur ki, illərdir uşaq pulu verilmir, bunu Milli Məclis müzakirə edib bitirə bilmir. 2-3 deputat arada yada salır, digərləri susur. Amma öz maaşlarının artımına dərhal reaksiya verirlər".
Sitat.info xəbər verir ki, bu sözləri gənc alim Elyar İslamoğlu özünün sosial şəbəkə hesabında yazıb.
Deputatın giley-güzarına cavab verən alim, fikrini belə izah edib:
"Xalq ona görə qınayır, lağa qoyur ki, müharibədə bir nəfər də olsa deputat, məmur balası şəhid, qazi olmadı, amma bugün hamısı vətənpərvərlikdən danışır.
Xalq ona görə qınayır, lağa qoyur ki, bu qədər bahalaşma var, xalqın səsini eşitdirməli olan, xalqın dərdini yuxarılara çatdırmalı olan deputatların başı öz biznesinə qarışıb.
Xalq ona görə qınayır, lağa qoyur ki, Milli Məclisdə üçüncü-dördüncü dəfə təyin edilən deputat var ki, xalq hələ də onun səsini eşitməyib, bir dəfə də olsa xalqın xeyrinə söz deməyib.
Bu xalqa təyinatla Milli Məclisdə oturan, lazım olanda sifarişlə danışan yox, xalqın dərdini, problemlərini hər zaman çatdıran millət vəkili lazımdır.
Xalqın tanıdığı, səsini eşitdiyi deputat sayı iki əlin on barmağı qədər ola da, olmaya da".
SƏİD,
SİTAT.İNFO