Tbilisi marşrutu üzrə hərəkət cədvəli yenilənəcək
1 noyabr 2026-cı ildən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək.
Bu barədə Sitat.info-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.
Əlavə reyslərə biletlər bu gündən satışdadır.