Məktəblilərin "konfetdən zəhərlənməsi" xəbəri yalandır - DİN-dən AÇIQLAMA

Məktəblilərin \"konfetdən zəhərlənməsi\" xəbəri yalandır - DİN-dən AÇIQLAMA
SOSİAL 02 Oktyabr 2026 13:55

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.

DİN Mətbuat Xidmətindən Sitat.info-ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

    Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar.