Polis tanınmış rəqqası saxladı - Maşında həyat yoldaşını...

Polis tanınmış rəqqası saxladı - Maşında həyat yoldaşını...
HADİSƏ 02 Oktyabr 2026 12:10

Maşında qadına şiddət göstərən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli Sitat.info-ya bildirib ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Məlum olub ki, sözügedən hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.

    Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb.

    Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib.