Millidən gedən Ronaldoya Baş nazir zəng etdi   

Millidən gedən Ronaldoya Baş nazir zəng etdi   
İdman 01 Oktyabr 2026 19:54

Portuqaliyanın Baş naziri Luiş Monteneqro milli komanda daxilində yaranan mübahisədən sonra hücumçu Kriştiano Ronaldo və milli komandanın baş məşqçisi Jorje Jezuşla danışıqlar aparıb.

Sitat.info xəbər verir ki, Monteneqro əvvəlcə Ronaldoya şəxsən zəng edib, sonra Portuqaliya Futbol Federasiyasının rəhbəri vasitəsilə Jezuşla əlaqə saxlayıb.

Daha əvvəl mediada Ronaldo ilə məşqçi arasında oyunçunun Millətlər Liqasında Norveçə qarşı oyundan kənarlaşdırılması ilə bağlı mübahisənin olduğu barədə məlumatlar yayılmışdı.