"Qəbələ" komandasına yeni məşqçi təyin olundu

\"Qəbələ\" komandasına yeni məşqçi təyin olundu
İdman 28 Sentyabr 2026 12:43
Qəbələ" futbol komandasının məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.

Sitat.info xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Baş məşqçi Jeton Bekiriyə Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.

Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.