Bu şəxslərə ali xüsusi və ali hərbi rütbələr verildi - Adlar
Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib:
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru
III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini;
Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini;
“ədliyyə general-mayoru” ali hərbi rütbəsi
Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.