İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü - FOTOLAR

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü - FOTOLAR
SİYASƏT 26 Sentyabr 2026 16:30

Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

Sitat.info xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.

Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı.

Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edildi, tərəfdaşlığın perspektivləri müzakirə olundu.