Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb - YENİLƏNİB

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb - YENİLƏNİB
Gündəm 26 Sentyabr 2026 17:44

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.

Sitat.info xəbər verir ki, fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.

    Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.

    ***

    Formula 1 üzrə Azərbaycan Qran-Prisi başa çatıb. 

    Sitat.info xəbər verir ki, “Mersedes”in pilotu Corc Rassell birinci olub.

    “Red Bull”un üzvü Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hadjar isə üçüncü olub.