Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu keçirilib.
Sitat.info xəbər verir ki, yarışda hər birində 2 pilot olmaqla 11 komanda mübarizə aparıb. Sessiya 1 saat davam edib.
Ən yaxşı nəticəni “Mercedes”in britaniyalı pilotu Corc Rassel göstərib.
“Ferrari”nin monakolu pilotu Şarl Lekler ikinci, “McLaren”dən Oskar Piastri üçüncü yeri tutub.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.