Keçmiş məhkumdan 1,5 kiloqram narkotik vasitə AŞKARLANDI

Keçmiş məhkumdan 1,5 kiloqram narkotik vasitə AŞKARLANDI
Gündəm 25 Sentyabr 2026 14:43

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

Sitat.info xəbər verir ki, tədbirlərlə əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb. Ondan 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, F.Buğluyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.