Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT - FOTO

Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT - FOTO
HADİSƏ 25 Sentyabr 2026 11:26
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan "Azərpoçt" MMC-nin İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri Cavid Hüseynov öz istəyi ilə vəzifəsindən ayrılıb.

Sitat.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı MMC-nin İdarə Heyətinin sədri Manaf Babayev müvafiq əmr imzalayıb.

O, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Əfqan Cəlilovun əmri ilə bu qurumda şöbə müdirinin müavini vəzifəsində fəaliyyətə başlayıb.

Qeyd edək ki, C.Hüseynov 2024-cü ildən "Azərpoçt"da çalışırdı. O, 2015-2021-ci illərdə "PashaPay"də, 2021-2024-cü illərdə isə "Kapital Bank"da işləyib.

Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT - FOTO