Trampın keçmiş müşaviri türkiyəli iş adamı ilə ailə qurur - Fotolar

Trampın keçmiş müşaviri türkiyəli iş adamı ilə ailə qurur - Fotolar
Dünya 25 Sentyabr 2026 10:48
ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri və vəkili Alina Habba türkiyəli iş adamı Turhan Mildon ilə ailə həyatı qurur.

Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu həftəsonu Nyu-Yorkda baş tutacağı gözlənilən toy mərasimində Trampın da iştirak edə biləcəyi bildirilir. 42 yaşlı Habba 2021-2024-cü illərdə Trampın vəkili olub. ABŞ liderinin ikinci prezidentlik dövründə həm də onun müşaviri kimi fəaliyyət göstərən Habba daha sonra Nyu-Cersinin müvəqqəti federal baş prokuroru vəzifəsinə təyin olunduğu üçün müşavir vəzifəsindən istefa verib.

29 yaşlı Turhan Mildon isə ailə şirkəti olan “Miller Holding”in baş icraçı direktorudur. O həmçinin Türkiyənin “Çorum” futbol klubunun vitse-prezidenti vəzifəsini tutur.

Trampın keçmiş müşaviri türkiyəli iş adamı ilə ailə qurur - Fotolar Trampın keçmiş müşaviri türkiyəli iş adamı ilə ailə qurur - Fotolar