ABŞ Azərbaycanla bu sahədə diqqəti ARTIRACAQ

ABŞ Azərbaycanla bu sahədə diqqəti ARTIRACAQ
SİYASƏT 25 Sentyabr 2026 14:04

ABŞ Azərbaycanla əməkdaşlıqda müdafiə və təhlükəsizlik sahəsində əlaqələrə diqqəti yönəldəcək.

Sitat.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” adlı panel müzakirədə deyib.

    O bildirib ki, ABŞ və Azərbaycan arasında müzakirə olunan əsas məsələlər fevral ayında imzalanmış tərəfdaşlıq sazişində öz əksini tapıb: “Artıq mühüm irəliləyiş əldə etmişik. Bundan sonra da bağlantılılıq, iqtisadi investisiyalar, süni intellekt üzrə məlumat mərkəzlərinin və digər innovasiya komponentlərinin yaradılması, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əlaqələrə diqqət yetirəcəyik. Bu istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi insanlar və bizneslər arasında əlaqələri daha da gücləndirəcək”.