İrlandiya Baş naziri Qəzza ilə bağlı sərt danışdı: “Dünya utanacaq”
İrlandiya Baş naziri Mixol Martin Qəzzada atəşkəsə baxmayaraq, bölgədə vəziyyətin dəyişmədiyini bildirib.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, Martin Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasına qatılaraq çıxış edib.
Dünyadakı münaqişələrin ən çox həssas qruplara təsir etdiyini qeyd edən Martin iqlim dəyişikliyinin təsirlərinin isə dünyanın hər yerində hiss olunduğunu deyib.
O, beynəlxalq hüququn təhdid altında olduğunu vurğulayıb, yeni texnologiyaların da gözlənilməz təhlükələrə səbəb ola biləcəyini bildirib.
Martin belə bir şəraitdə qeyri-müəyyənliklərin beynəlxalq sistemin əsaslarını sarsıtdığını qeyd edib.
"Beynəlxalq əməkdaşlıq çətindir” demək, "çoxtərəflilik işləmir” demək və başqasının problemlərinin bizim problemimiz olmadığını düşünmək yanlış nəticəyə gəlmək olardı. Təzyiq altında olan dünyada veriləcək cavab daha az əməkdaşlıq deyil”, - deyə o bildirib.
İrlandiyanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə məqsədinin birlik ruhunu gücləndirmək olduğunu deyən Martin BMT-nin üzərində qurulduğu sülh, təhlükəsizlik, insan hüquqları və inkişaf prinsiplərinə bağlılıqlarının sarsılmaz olduğunu vurğulayıb.
Qəzza ilə bağlı danışan Martin atəşkəsə baxmayaraq, sahədə heç bir dəyişiklik olmadığını bildirib:
"Qəzzada yaşanan və yaşanmaqda davam edən bütün həqiqətlər ortaya çıxdıqda, sübutlar toplandıqda, şahidlərin ifadələri alındıqda, əsl dəhşət tamamilə üzə çıxdıqda bütün dünya utanacaq”.