Biran Damla Yılmaza həbs cəzası verildi - Borca görə

Biran Damla Yılmaza həbs cəzası verildi - Borca görə
Dünya 25 Sentyabr 2026 16:52

Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada 6 ay müddətinə həbs cəzası verilib.

Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb. İddialara əsasən, Yılmazın keçmiş sevgilisi Abdurrahman Aydın sözügedən prosedurlar üçün zamin göstərilib.

Ödənişlərin həyata keçirilməməsindən sonra icra prosesi başladılıb. Borcun böyük hissəsinin Aydından tutulduğu, onun isə sənədləri Hamburq Türk Konsulluğuna təqdim etməsindən sonra məsələ məhkəməlik olub.

Qeyd edək ki, aktrisa hazırda "Halef: Köklerin Çağrısı" serialında "Yıldız" obrazını canlandırır.