Gələn həftə Prezidentin imzaladığı bu Fərman qüvvəyə minəcək

Gələn həftə Prezidentin imzaladığı bu Fərman qüvvəyə minəcək
SİYASƏT 26 Sentyabr 2026 13:20
Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac sahələrində yeni idarəetmə qaydası gələn həftə qüvvəyə minəcək.

xəbər verir ki, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixdə imzaladığı Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib.

Yeni qaydaya əsasən, dövlət qurumları tərəfindən hazırlanaraq mikro, kiçik və orta sahibkarlığa, investisiya və ixrac fəaliyyətinə təsir göstərə biləcək normativ hüquqi akt layihələri normayaratma orqanına təqdim edilməzdən əvvəl İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi razılaşdırılmalıdır.

Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanları bu sahələr üzrə qəbul etdikləri normativ hüquqi aktları da Agentliklə razılaşdırmalıdırlar.

Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Qeyd edək ki, yeni qayda 2026-cı il oktyabrın 1-dən, yəni gələn həftədən qüvvəyə minəcək.