Geosiyasi vəziyyət 5 il əvvələ qayıtsa, yenə də cəlbedici olacağıq” - Prezident

Geosiyasi vəziyyət 5 il əvvələ qayıtsa, yenə də cəlbedici olacağıq” - Prezident
SİYASƏT 26 Sentyabr 2026 10:35
“Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq”.

Sitat.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib.

“Əlbəttə ki, idarəçilik, inzibatçılıq, nəqliyyatın rəqəmsallaşması, gömrük qaydaları, hansılar ki, investorlar üçün çox açıq, aşkar, aydındır, tənzimləyici çərçivə – bütün bunlar bizim potensialımızı gücləndirir. Bizim regionda geosiyasi vəziyyət dəyişsə, 5 il əvvəlki vəziyyətə qayıtsa, biz yenə də təchizatçılar üçün çox cəlbedici olacağıq”, - deyə Prezident qeyd edib.