Almaniyada benzinin qiyməti rekord həddə yaxınlaşır
Son aylarda Almaniyada benzinin qiyməti İran ətrafında münaqişənin gərginləşməsi, neft emalı zavodlarının marjalarının artması və logistika problemləri səbəbindən əhəmiyyətli dərəcədə bahalaşıb.
Sitat.info xəbər verir ki, “Mobil in Deutschland” avtomobil klubunun hesablamalarına görə, benzinin litri 2,30 avro olduqda bu məbləğin 52,5 faizi dövlət büdcəsinə daxil olur. Yanacağın qiyməti artdıqca Almaniya büdcəsinə daxilolmalar da artır.
Avtomobil sahibləri dörd növ vergi ödəyirlər: enerji vergisi, CO₂ emissiyası vergisi, istixana qazları emissiyası vergisi və əlavə dəyər vergisi (ƏDV).
Klubun rəhbərliyinin bildirdiyinə görə, bu vergi və aksizlər olmasaydı, premium benzinin bir litri 2 avro əvəzinə təxminən 90 sentə başa gələrdi.
“Mobil in Deutschland” ekspertləri qeyd edirlər ki, benzin və dizel yanacağının qiyməti nə qədər yüksək olarsa, dövlət büdcəsinə daxil olan vəsaitin həcmi də bir o qədər artar.