Prezident Qazaxıstanla Xəzərdə görülən işlərdən danışdı

Prezident Qazaxıstanla Xəzərdə görülən işlərdən danışdı
SİYASƏT 26 Sentyabr 2026 10:00
Qazaxıstan və Azərbaycan arasında fiber-optik kabel xətti 2026-cı ilin sonunadək istismara veriləcək.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

"Bu ilin sonunadək biz Azərbaycan və Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirəcək fiber-optik kabel xəttini istismara verəcəyik. Bu da bizim üstünlüyümüzdür", - Prezident bildirib.